ABŞ də parkda atışma 1 ölü, 4 yaralı

17.08.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Kentukki ştatındakı parkda atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Leksinqton şəhərindəki Çarlz Yanq Parkında yaşanıb.

Leksinqton Polis Rəisi Lorens Uizers bildirib ki, şəhər mərkəzindəki parkda baş verən atışmada beş nəfər güllələnib. Hücumda bir nəfər ölüb, 4 nəfər isə yalanıb. Yaralananlardan ikisi 4 və 14 yaşlı uşaqlardır.

Yaralılar xəstəxanaya aparılıb və vəziyyətləri ağır deyil.

İstintaq davam edərkən, silahla hücum edənin və ölənin şəxsiyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью