Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də pərakəndə satışların artım tempi zəifləyib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, inflyasiya nəzərə alınmadan hesablanan pərakəndə satışların həcmi sentyabr ayında benzin qiymətlərinin artması hesabına qeydə alınan 0,8 faizlik yüksəlişdən sonra oktyabrda 0,2 faiz artıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar 0,1 faizlik artım gözləyirdilər.
Avtomobil və benzin satışları nəzərə alınmadıqda isə pərakəndə satışlar 0,5 faiz yüksəlib.
13 satış kateqoriyasından yeddisində artım qeydə alınıb. Mağazadan kənar satış həyata keçirən pərakəndəçilərdə, səhiyyə və şəxsi qulluq məhsulları mağazalarında, yanacaqdoldurma məntəqələrində, eləcə də tikinti materialları satan mağazalarda xərclər artıb.
Mebel, avtomobil və hobbi məhsullarının satışında isə azalma müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!