ABŞ də qalmaqal: Obamanın keçmiş köməkçisi 9 yaşlı uşağı zorlama cəhdində təqsirli bilinib

31.01.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ siyasi dairələrini sarsıdan böyük qalmaqal baş verib. Belə ki, Ağ Evin sabiq rəhbəri Barak Obamanın keçmiş köməkçisi Rahamim Şay doqquz yaşlı uşağı zorlama cəhdinə görə 11.5 illik həbs cəzasına məhkum edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The National Pulse" məlumat yayıb.

Bildirilir ki, Şay uşaqla görüşmək üçün 2024-cü ildə Böyük Britaniyaya səfər edib. İnternetdə onunla yazışan isə əslində, uşaq deyil, gizli polis əməkdaşı imiş. Obamanın keçmiş köməkçisi azyaşlını yoldan çıxarmağa cəhd etməklə yanaşı, uşaq pornoqrafiyasını saxlamaqda da ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью