ABŞ də qar fırtınası 11 ölü

27.01.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

ABŞ-də qar fırtınası və dondurucu temperatur 11 nəfərin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kəskin hava şəraiti üzündən 800 mindən çox insan hələ də elektrik enerjisiz qalıb.

Hazırda ABŞ güclü qar yağışı və soyuq hava şəraiti ilə qarşılaşır. Qar fırtınası və donma temperaturu səbəbindən bir çox sahələr iflic olub. Məsələn, 17 mindən çox uçuş ləğv edilib. 

Qeyd edək ki, səlahiyyətli orqanlar fırtınanın təsirinin günlərlə, hətta həftələrlə davam edə biləcəyini və təxminən 90 milyon insanın "həddindən artıq soyuq" xəbərdarlığı altında olduğunu bildiriblər.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью