ABŞ də qasırğa 23 nəfərin ölümünə səbəb olub

17.05.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 17 may, AZƏRTAC

ABŞ-ın mərkəzi ştatlarında hökm sürən qasırğa 23 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC-ın məlumatına görə, ölüm hadisəsinin 14-ü Kentukki, 7-si Missuri və 2-si Virciniya ştatında qeydə alınıb. Ümumilikdə Missuri, Kentukki, İllinoys və İndianada ştatlarında 26 tornado baş verib

Missuridən Miçiqana və Nyu-Cersiyə qədər 15 ştat qasırğanın fəsadları ilə üzləşib. Təbiət hadisəsi nəticəsində evlərə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. 700 mindən çox ev və müəssisə elektriksiz qalıb.

Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью