ABŞ də qasırğa 7 nəfərin ölümünə səbəb olub

04.04.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) çoxlu qasırğalar və şiddətli tufanlar baş verib.
Missiya.Az
xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
İlkin məlumatlara görə, Tennessi, Missuri və İndiana ştatlarında bir çox binaya ziyan vuran qasırğalar nəticəsində 7 nəfər ölüb. Səlahiyyətlilər elektrik xətlərinin uçmasına səbəb olan şiddətli fırtınaların bölgədəki bir çox evin işıqsız qaldığını, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsilin dayandırıldığını bildirib. Qeyd edilib ki, həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışların səbəb ola biləcəyi daşqınlar barədə xəbərdarlıq olunub.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью