ABŞ də qasırğa zamanı itən it beş ildən sonra sahibəsinin yanına qayıtdı

21.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də ev sahibəsi dağıdıcı qasırğa zamanı itkin düşən ev heyvanına beş il sonra qovuşub.

Bu barədə Oxu.Az "USA Today"ə istinadla xəbər verir.

Bildirilir ki, 2020-ci ildə "Laura" qasırğası Luiziana ştatının cənub-qərbini cənginə alanda Debbi Lafler altı yaşlı Yorkşir teryeri (it cinsi - red.) ilə Leyk Çarlzda yaşayırdı.

Fırtına səngidikdən sonra o, ev heyvanının itirib. Könüllülərin axtarışına və köməyinə baxmayaraq, iti tapmaq mümkün olmayıb və ailə itki ilə barışıb.

Lakin beş il sonra, 2025-ci ilin martında qadın GPS izləmə xidmətindən məktub alıb. Debbi itin, nəhayət Cənubi Missisipi Universitetinin kampusunda, evindən 300 mil aralıda tapıldığını öyrənib.

Qadın tezliklə itini götürmək üçün kampusa gedib. Qocalmış it dərhal sahibəsini tanıyıb və ona tərəf qaçıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью