ABŞ də qeyri adi realiti şou: Miqrantlar vətəndaşlıq üçün yarışacaqlar

17.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də miqrantların vətəndaşlıq uğrunda mübarizə edəcəyi realiti-şou çəkilməsi planlaşdırılır.

Oxu.Az "The Daily Mail"ə istinadən xəbər verir ki, layihəyə Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem ilkin razılıq verib.

Məlumata görə, şouda iştirakçılar San-Fransiskodakı mədəndə işləmək, NASA mərkəzində raket yığmaq və Arkanzas çayında raftinq kimi müxtəlif tapşırıqları yerinə yetirməli olacaqlar.

Qalib Kapitolinin pilləkənlərində and içəcək və ABŞ vətəndaşı olacaq.

Qeyd edilir ki, heç də bütün məmurlar bu təşəbbüsü dəstəkləmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью