Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
2026-cı ildə ABŞ-də təsdiqlənmiş qızılca hallarının sayı 3887-yə çatıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Məlumata görə, 2026-cı il üçün bu rəqəm artıq 2025-ci ilin nəticələrini xeyli üstələyib, ötən il ABŞ-də 2289 qızılca halı qeydə alınıb. Sonuncu dəfə daha yüksək rəqəm (9643 hal) 1991-ci ildə qeydə alınıb.
Nyu-York qubernatoru Keti Hoxul kənd yerlərində və qonşu ştatlarda qızılca hallarının artması səbəbindən ştatda fövqəladə vəziyyət elan edib.
Gülşən Şərif