ABŞ də qızılca tüğyan edir Son 35 ilin yoluxma REKORDU

22.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarında son 35 ildə qızılcaya yoluxma hallarının ən yüksək səviyyəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS ABŞ-nin Cons Hopkins Universitetinin hesabatına əsasən məlumat yayıb.

Statistikaya əsasən iyulun 21-nə olan vəziyyətə görə ABŞ-də artıq 2 295 qızılcaya yoluxma halı aşkarlanıb. Bu, 1991-ci ildən bəri maksimal göstəricidir. Xəstələrin ən çoxu Cənubi Karolina, Yuta, Texas və Virciniya ştatlarının sakinlərinin payına düşür. Ötən il qızılcaya yoluxan amerikalıların sayı 2 289 nəfər təşkil edib.

Xəstəliyin kəskin yayılması cəmiyyətdə vaksinasiya səviyyəsinin azalması ilə əlaqələndirilir. Vurğulanır ki, infeksiyaya yoluxanların 90 faizindən çoxunda qızılcaya qarşı peyvənd yoxdur və ya onların müvafiq peyvənd alıb-almaması ilə bağlı heç bir məlumat mövcud deyil. Xəstələnənlərin əsas hissəsini 18 yaşına çatmamış uşaqlar təşkil edir.

Xatırladaq ki, Birləşmiş Ştatlarda qızılca infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə 1963-cü ildən başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью