ABŞ də qızılca yayıldı: Ölənlər var

10.03.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin 12 ştatında qızılca yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən açıqlama verilib.

Bildirilib ki, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayı 222-yə çatıb.

Texasda bir uşaq və Nyu Meksikoda bir şəxsin qızılca səbəbi ilə öldüyü qeyd edilib.

Həmçinin epidemiyanın yayılmağa davam etdiyi və yaxın günlərdə yoluxma sayının arta biləcəyi xəbərdarlığı da edilib.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью