ABŞ də Qrenlandiyanı yedilər : Respublikaçılar Partiyasının nümayəndələrindən maraqlı görüntülər

22.01.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın elan etdiyi razılaşmanı qeyd etmək üçün üzərində ABŞ bayrağı olan Qrenlandiya formasında tort yeyiblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Telegraph" qəzeti məlumat verib.

ABŞ-də Qrenlandiyanı "yedilər": Respublikaçılar Partiyasının nümayəndələrindən maraqlı görüntülər

"Tədbirdə iştirak edənlərin tort kəsildiyi zaman alqışları eşidilirdi, videonu "X" sosial şəbəkəsinə yükləyən respublikaçı Maykl Keysi isə "51-ci ştat!" ifadəsini səsləndirirdi", - deyə nəşrin materialında bildirilib.

Konqres üzvü Anna Paulina Luna tortun fotosunu özünün sosial şəbəkə hesabında paylaşıb və paylaşımın altında Danimarka Baş naziri Mette Frederikseni işarələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью