ABŞ də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib

06.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb.

Milli.Az xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibbi qərarlarda ciddi səhvlərə yol verildiyi və bəzi hallarda xəstələr hələ sağ olarkən orqanların götürülməsinə hazırlıq görüldüyü müəyyən edilib.

Araşdırma 2021-2024-cü illəri əhatə edib və yüzdən çox pozuntu aşkarlanıb. Hadisə ABŞ-də orqan donorluğu sistemində ciddi narahatlıq yaradıb. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью