ABŞ də şatdaunu dayandıran qanun layihəsi qəbul edildi

04.02.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsinin bərpasını nəzərdə tutan və dövlət qurumlarının fəaliyyətinin yenidən başlamasına imkan verən qanun layihəsini səsə qoyaraq qəbul edib.

Oxu.Az bu barədə CBS telekanalına istinadən xəbər verir.

Qanun layihəsini 217 konqresmen dəstəkləyib, 214 nəfər isə əleyhinə səs verib. İndi sənəd ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, ABŞ hökuməti yanvarın 31-də maliyyə çatışmazlığı səbəbindən federal hökumət işlərini qismən dayandıraraq şatdaun elan etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью