ABŞ də seçki cinayətləri ilə bağlı 63 nəfərə ittiham irəli sürülüb

03.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ədliyyə Nazirliyi son federal seçkilərlə bağlı cinayətlərdə 63 nəfərə qarşı ittiham irəli sürüb. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Ofisi məlumat yayıb.

Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada bildirilir ki, ittihamlar qanunsuz səsvermə, saxta seçici qeydiyyatı və ölkə üzrə seçkilərlə əlaqəli digər qanun pozuntularını əhatə edir. İttiham olunanlar arasında dörd sənədsiz immiqrant da var.

Məlumata görə, təqsirləndirilən şəxslərin əksəriyyəti ABŞ vətəndaşı deyil, lakin ölkədə qanuni əsaslarla yaşayırlar. Onların bir qismi seçkilərdə iştirak etmək məqsədilə ABŞ vətəndaşlığı statusu barədə bilərəkdən yanlış məlumat verməkdə, digərləri isə vətəndaş olmamalarına baxmayaraq səs verməkdə ittiham olunurlar.

İttihamların böyük hissəsi 2024-cü il ABŞ prezident seçkilərində iştirakla bağlıdır. Bununla belə, bəzi hallarda qanunsuz səsvermənin daha uzun müddət davam etdiyi bildirilir. Belə ki, təqsirləndirilən şəxslərdən biri 2008-ci ildən bəri doqquz, digəri isə 2000-ci ildən etibarən 12 ümumi seçkidə səs verməkdə ittiham olunur.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, Donald Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra seçki cinayətləri ilə əlaqədar ümumilikdə 239 nəfər barəsində ittiham irəli sürülüb.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью