Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də sənaye istehsalı oktyabrda azalıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) oktyabr ayı üzrə sənaye istehsalı və istehsal güclərindən istifadə səviyyəsinə dair məlumatları açıqlayıb.
Məlumata görə, ölkədə sənaye istehsalı oktyabrda əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb.
Bazar gözləntisi bu dövrdə sənaye istehsalında dəyişiklik olmayacağı yönündə idi. Sentyabr ayında isə göstərici aylıq müqayisədə 0,7 faiz artmışdı.
Bununla yanaşı, sənaye istehsalı oktyabrda illik müqayisədə 2,1 faiz yüksəlib.
Emal sənayesində istehsal isə oktyabrda aylıq ifadədə 0,3 faiz artıb. Bu göstərici 0,2 faizlik bazar gözləntisini üstələyib. Sentyabr ayında da emal sənayesi istehsalı 0,3 faiz yüksəlmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!