ABŞ də sərnişin avtobusu ağır qəza törətdi

09.07.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Merilend ştatının Baltimor şəhəri yaxınlığında idarəetmədən çıxan sərnişin avtobusu ağır qəza törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 30-dan çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.

Onlardan birinin vəziyyəti ağırdır. Yerli polisin verdiyi məlumata görə avtobus bir neçə minik avtomobilini əzdimdən sonra binaya çırpılıb. Zərbənin gücündən avtomobillərdən biri aşıb.

Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil. İlkin ehtimal kimi avtobusun əyləc sistemində problemin yarandığı göstərilir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью