ABŞ də sərnişinlərlə dolu qatar hərəkətdə olarkən YANIB

07.02.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərindən Vilminqtona gedən və içərisində 350 nəfər sərnişinin olduğu qatar hərəkətdə olarkən yanmağa başlayıb.

Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, yanğın sonuncu vaqonlardan birində başlayıb.

Qeyd olunur ki, qatarda olan sərnişinlərin hamısını təxliyə etmək mümkün olub, onların arasında xəsarət alan olmayıb.

Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir.

ABŞ-də sərnişinlərlə dolu qatar hərəkətdə olarkən YANIB

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью