Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Lockheed Martin" şirkəti NASA ilə əməkdaşlıq şəraitində səsdənsürətli "X-59" təyyarəsinin ilk sınaq uçuşunu uğurla həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi-Sənaye Korporasiyasının mətbuat üçün açıqlamasında yer alıb.
Bildirilir ki, sınaqlar Kaliforniyada keçirilib: "X-59" ABŞ Hərbi Hava Qüvvələrinin Palmdeyldəki "Plant 42" aviabazasından qalxıb və Edvardsda NASA-nın Armstronq adına Tədqiqat Mərkəzi yaxınlığında yerə enib. Qeyd olunur ki, uçuş normal keçib, təyyarə özünün uçuş xüsusiyyətlərini və aerodinamik göstəricilərini təsdiqləyib.
Şirkətin vitse-prezidenti və baş direktoru O.C.Sançes deyib ki, bu təyyarə innovasiyaların və komandamızın təcrübəsinin sübutudur. Biz səsdənsürətli texnologiyaların inkişafının ön cəbhəsində olmağımızdan qürur duyuruq.