ABŞ də silahlı hücum: 2 ölü

22.09.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin İndiana ştatınıda baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, İndiana Polis Departamentinin yazılı açıqlamasında gecə saatlarında bir avtodayanacaqda silahlı hücum edildiyinə dair məlumat alındığı bildirilib.

Olay yerində 5 nəfərin güllələndiyi, onlardan 2 nəfərin yerindəcə öldüyü, 3 nəfərin isə yaralı halda xəstəxanaya aparıldığı qeyd olunub.

Həmin hadisədə daha 2 nəfərin də güllələndiyi, onların isə öz imkanları ilə hadisə yerindən qaçdığı açıqlamada vurğulanıb.

Bu şəxslərdən birinin xəstəxanaya, digərinin isə yanğınsöndürmə xidmətinə müraciət etdiyi bildirilib.

İndiana hadisələri ilə bağlı intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью