ABŞ də silahlı hücum: çox sayda ölü və yaralı var

13.10.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Cənubi Karolina ştatında barda baş verən atışma nəticəsində çox sayda ölən və yaralanan var.

Ölkə.az xəbər verir ki, hadisə ilə bağlı yerli polis şöbəsi sosial şəbəkədə paylaşım edib.

Açıqlamada deyilir ki, səhər saatlarında ştatın Müqəddəs Yelena adasındakı bir barda silahlı hadisənin baş verməsi nəticəsində 4 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Polis silahlı insidentlə bağlı araşdırmalar aparır.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью