Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikanın Birmingem şəhərində (Alabama ştatı) "Legion Field" stadionunun ərazisində atışma baş verib, bir neçə nəfər xəsarət alıb.
AZXEBER.COM "ABC News" telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 31-i axşam saatlarında, Amerika futbolu üzrə matç başa çatdıqdan bir neçə saat sonra baş verib.
İlkin məlumatlara görə, atışma yerli vaxtla təxminən 19:50-də baş verib.
Xəsarət alanların sayı barədə məlumat yoxdur.