525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Alabama ştatının Birmingem şəhərində futbol oyunundan sonra stadionun yaxınlığında silahlı atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Bu barədə jurnalistlərə Birmingem Şəhər Polis İdarəsinin rəisi Maykl Piket məlumat verib. O, insidentin stadionun yaxınlığındakı Qreymont küçəsində baş verdiyini bildirib.
Polis sözçüsü De'Rell Friman isə hadisə yerində çoxlu silah ələ keçirildiyini vurğulayıb.
O qeyd edib ki, hadisə ilə bağlı araşdırma başlayıb və hələlik bir nəfər saxlanılıb.
İbrahim Cəfərov