ABŞ də təyyarə qəzası: Dörd nəfər öldü

27.08.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alyaska (ABŞ) sahillərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Hava gəmisi ucqar Seldoviya qəsəbəsi yaxınlığında dayaz sulara düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Independent" nəşri rəsmi qurumların məlumatına istinadən məlumat yayıb.

Məlumata görə, "Piper PA-24" tipli təkmühərrikli təyyarə Ankoricdən havaya qalxıb, şəhərdən təxminən 219 kilometr cənub-qərbdə yerləşən Seldoviya hava limanına enməli imiş.

Təyyarədə olan dörd nəfərin hamısının meyiti sudan çıxarılıb. Həlak olanların şəxsiyyəti qohumlarına hadisə barədə rəsmi məlumat verilənə qədər gizli saxlanılır.

Meyitlər məhkəmə-tibbi ekspertizasına göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью