ABŞ də təyyarə qəzasında həlak olanların sayı 14 ə çatdı

08.11.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində Məhəmməd Əli adına Beynəlxalq Aeroport yaxınlığında UPS (United Parcel Service) logistika şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ən azından 14 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Luisvill meri Kreyq Qrinberq özünün "X" social şəbəkə hesabında yazıb.

"Axşam qəza yerində daha bir cəsəd aşkar edilib. Beləliklə, ölənlərin sayı 14-ə çatıb", - deyə mer yazıb.

Daha əvvəl verilən məlumat qəzada 13 nəfərin həlak olduğu bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью