ABŞ də təyyarə qəzasında ölən və yaralananlar arasında soydaşlarımız var? XİN açıqladı

30.01.2025

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də Reyqan hava limanı yaxılığında başvermiş təyyarə qəzası nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığına dair hələlik məlumat yoxdur.
Demokrat.az xəbər verir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edək ki, Vaşinqtonda Reyqan Hava Limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Kanzas ştatının Uiçito şəhərindən uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə Potomak çayına düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью