ABŞ də təyyarə qəzasının baş verdiyi yerdən 30 dan çox cəsəd tapılıb

30.01.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Vaşinqton yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı aparılan axtarış-xilasetmə işləri nəticəsində 30-dan çox insanın cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC televiziyası mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, toqquşan sərnişin təyyarəsinin və hərbi helikopterin qalıqlarının batdığı Potomak çayında 30-dan çox cəsəd tapılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Vaşinqtonda Reyqan Beynəlxalq Hava Limanında göyərtəsində 64 nəfər olan sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью