Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Oreqon ştatında kiçik tipli təyyarənin uçuş-enmə zolağından sürüşərək suya düşməsi nəticəsində 5 nəfər xəsarət alıb.
BAKU.WS Southwest Oregon Regional Hava Limanı hadisə ilə bağlı sosial şəbəkə üzərindən açıqlama yayıb.
Bildirilib ki, 2019-cu il istehsalı olan "HA-420" tipli təyyarə səhər saatlarında Oreqon ştatından Yutaha uçmaq üçün hazırlaşarkən nəzarətdən çıxaraq uçuş-enmə zolağından sürüşüb və suya düşüb.
Təyyarə sonradan sudan çıxarılıb. Qəzada xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.