ABŞ də tornado 33 nəfərin ölümünə səbəb olub

16.03.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Güclü tornado ilə müşayiət olunan fırtına dalğası ABŞ-nin mərkəzi ərazilərini bürüyüb.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, indiyədək, ümumilikdə 33 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Qeyd olunur ki, 250 mindən çox ev işıqsız qalıb.
“Fırtına xüsusilə Missisipi, Missuri, Texas, Oklahoma, Kanzas və Arkanzas ştatlarına ziyan vurub.  Arkanzas qubernatoru Sara Sanders ştatda fövqəladə vəziyyət elan edib”, - mətbuat orqanı yazır.
Bildirilib ki, ölüm hallarının bir qismi görüş məsafəsinin az olması səbəbindən avtomobil qəzaları nəticəsində baş verib. Oklahoma ştatında bir neçə yaşayış məntəqəsində təxliyə işləri aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью