ABŞ də Trampa qarşı böyük nümayişlər BAŞLADI

05.04.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ-də Prezident Donald Trampın siyasətinə qarşı böyük nümayişlər başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Ölkəboyu minlərlə insan küçələrə çıxıb. Aksiyada həmkarlar ittifaqları, ekoloqlar, Fələstin tərəfdarları və insan hüquqları fəalları iştirak ediblər.

Nümayişçilər Trampın tariflərinə etiraz edirlər. Aksiyalar başlamazdan əvvəl Ağ Evin keçmiş rəhbəri Barak Obama və ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris dövlət başçısının siyasəti barədə mənfi fikirlər səsləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью