ABŞ də Trampı təhdid edən qadın saxlanılıb

23.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Alabama ştatının Kortlend şəhərində yaşayan qadın sosial şəbəkələrdə Prezident Donald Trampa qarşı təhdidlər yaydığına görə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Alabama ştatının Şimal dairəsi üzrə prokurorluğunun ofisi məlumat yayıb.

Məlumata görə, 36 yaşlı Meqan Lorren Uts barəsində iki maddə üzrə ittiham irəli sürülüb. O, ABŞ prezidentini təhdid etməkdə və ştatlararası rabitə vasitələri ilə təhdid məzmunlu mesajlar ötürməkdə ittiham olunur.

İttiham sənədlərinə əsasən, qadın oktyabrın 5-də Trampın Alabama ştatına planlaşdırılan səfəri ilə əlaqədar “Facebook” sosial şəbəkəsində təhdid məzmunlu paylaşım edib. O, ertəsi gün saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью