ABŞ də Trampın sərəncamı icra edilmədi

08.08.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Merilend ştatının federal hakimi Deborah Bordman prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamının icrasına qarşı qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, Boardman, Tramp administrasiyasının ölkədə qeyri-qanuni və ya müvəqqəti statusda olan şəxslərin uşaqlarının vətəndaşlıqdan məhrum edilməsinə icazə verə bilməyəcəyini bildirib.

Sözügedən qərar yanvarın 20-dən bəri verilən dördüncü hüquqi qərar olub.

Qeyd edək ki, Trampın sərəncamı ölkədə qeyri-qanuni doğulan uşaqlara anadangəlmə vətəndaşlıq verilməsini ləğv etməyi nəzərdə tuturdu.

Məlumata görə, federal hakimlər sərəncamın ABŞ Konstitusiyasına zidd olduğunu vurğulayıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью