“ABŞ də Trampın Ukrayna siyasəti dəstəklənir” Açıqlama

21.02.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ üçün böyük Avrasiyada çərçivədə olan Rusiya və Aİ lazımdır. Avropa və Rusiya arasındakı son 100 ildəki müharibə və münaqişələrin səbəblərindən biri ABŞ-da əyləşən qrupların hirləgər idarəetmə üslubu idi. Almaniya və Rusiya hər dəfə yaxınlaşanda onlar arasında nifaq saldılar. ABŞ və Rusiya NATO və Aİ-nin Qara dənizdən şərqə doğru genişlənməməsinə dair şifahi razılığa gələcəklər”.

Bu fikirləri Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, ABŞ daxilində Trampın Ukrayna siyasəti dəstəklənir. Demokratların susması buna sübutdur. Çünki hadisələr bəlli ssenari ilə bitməli idi. Bunu Bayden edə bilməzdi. Ona görə də Tramp gəldi:


“Avropa Ukrayna ilə bağlı vahid qərara gəlməyəcək. Aİ və Rusiya bir-birinə təhdid deyillər. Bu, süni şəkildə təbliğ edilirdi. Münasibətlər yoluna düşəcək. Tramp Aİ ilə strateji münasibətləri davam etdirəcək. Onlar müttəfiqdirlər. Sadəcə, Tramp Almaniyanın, Fransanın indiki liderləri ilə deyil, yeni şəxslərlə əlaqələri normallaşdıracaq. Yaxın pespektivdə sağçılar Vaşinqton tərəfindən dəstəklənəcəklər”.

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью