ABŞ də Türkiyə millisinin karvanında QƏZA

09.06.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Arizona ştatında Türkiyə futbol millisini müşayiət edən polis motosikleti qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, futbol üzrə dünya çempionatına (DÇ-2026) hazırlıq çərçivəsində Arizonada təlim-məşq toplanışında olan "ay-ulduzlular" azarkeşlər üçün ilk açıq məşqini keçirib.

Məşqdən sonra komandanı müşayiət edən polis motosikleti hotelə qayıdarkən qəzaya uğrayıb. Hadisə yerinə çoxsaylı polis və təcili yardım maşınları gəlib. Türkiyə yığmasının üzvləri də təxminən 20 dəqiqə hadisə yerində gözləyiblər.

Bildirilir ki, xəsarət alan polis əməkdaşına ilk yardım Türkiyə millisinin tibbi heyəti tərəfindən göstərilib.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью