ABŞ də Ukrayna pilotsuz qayıqlarının istehsalına başlanacaq

22.07.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Amerikanın "ReconCraft" şirkəti Ukrayna istehsalı olan "Magura" pilotsuz qayıqlarının istehsalına başlayacaq.

Teleqraf xəbər verir ki, "ReconCraft" şirkəti ilə Ukraynanın "Uforce" şirkəti arasında ötən həftə Vaşinqtondakı Ukrayna səfirliyində müqavilə imzalanıb.

Amerika şirkətinin həmtəsisçisi Co Silkovskinin sözlərinə görə, "ReconCraft" hər il yüzlərlə və ya minlərlə pilotsuz qayıq istehsal etməyi hədəfləyir. Şirkətlər arasında bağlanan müqavilənin həcmi açıqlanmayıb.

Nəşrin qeyd etdiyi kimi, Pentaqon növbəti bir neçə il ərzində pilotsuz döyüş sistemlərinə on milyardlarla dollar xərcləmək niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью