ABŞ də ukraynalı qaçqınlara məktublar göndərildi: Bir həftə ərzində ölkəni tərk edin

05.04.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Humanitar proqram çərçivəsində ABŞ-yə gələn ukraynalı qaçqınlara elektron məktublar göndərilib, bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, bildirişdə statusun ləğv edildiyi və ölkədə qalmağa cəhd etsələr, federal hökumətin onları tapıb deportasiya edəcəyi bildirilib.

Hakimiyyət daha sonra məktubların səhv göndərildiyini və ukraynalıların ABŞ-yə daxil olmasına icazə verən proqramın fəaliyyətini davam etdirdiyini qeyd edib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью