525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Albukerk şəhərində yerləşən Nyu-Meksiko Universitetinin yataqxanasında silahlı insident yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 03:30-da baş verib.
Naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində 2 nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Hadisə yerə gələn polis cinayətkarın 23 min tələbənin yaşadığı kampus ərazisində olduğunu ehtimal edərək əraziyə giriş-çıxışı bağlayıb. Yataqxana sakinlərinə qaldıqları yerləri tərk etməmələri tövsiyə olunub.
Qeyd edək ki, cinayətkarın isti izlərlə tapılması mümkün olmayıb. Həmçinin, insidentin motivləri də bəlli deyil.
L.Tağıyeva