ABŞ də universitetdə atışma: Ölən və yaralanan var

25.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin Nyu-Meksiko Universitetinin tələbə şəhərciyində (kampus) atışma baş verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə universitet rəhbərliyi məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Bildirilib ki, şübhəli şəxs hələ də azadlıqdadır və kampus ərazisində gizlənə bilər. Bu səbəbdən universitet rəhbərliyi tələbələrə təhlükəsiz yerə sığınmağı tövsiyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью