ABŞ də vulkan xəbərdarlığı: Bütün uçuşlar dayandırıla bilər

30.04.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin Alyaska ştatında yerləşən Spurr vulkanı həftələrlə artan seysmik aktivliyə görə hər an püskürə bilər.

"Unikal" xəbər verir ki, elm adamları, vulkanın 1992-ci ildəki kimi şiddətli püskürməyə hazırlaşdığını bildiriblər. Püskürmə baş verərsə, səmaya 50.000 fut hündürlükdə nəhəng bir kül buludu əmələ gələ bilər. 

Vulkanik kül buludları təyyarə mühərriklərinə və gövdə sistemlərinə zərər verə bilər, ona görə də "Ankoric" və "Fairbanks" kimi beynəlxalq hava limanlarında bütün uçuşlar dayandırılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью