ABŞ də yanacağın bahalaşması yük daşımalarını dəmir yollarına yönəldir

22.10.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də yanacağın bahalaşması yük daşımalarını dəmir yollarına yönəldir.

Banco.az xəbər verir ki, ABŞ-də yanacağın qiymətinin rekord həddə çatması yük daşımalarında avtomobil yollarından dəmir yollarına keçidi sürətləndirib. Uzun məsafələrə daşınma xərclərini azaltmağa çalışan şirkətlərin qatarlara üstünlük verməsi dəmir yolu operatorlarının gəlir və mənfəətinə müsbət təsir göstərir.

ABŞ-ın aparıcı dəmir yolu şirkətlərindən olan “Union Pacific”, “Norfolk Southern” və “CSX” bu həftə açıqladıqları üçüncü rübün maliyyə nəticələrində gəlir və mənfəətlərinin artdığını bildiriblər.

Şirkət rəhbərləri yanacaq xərclərinin artmasının və yük avtomobilləri ilə daşımada imkanların məhdudlaşmasının dəmir yolu nəqliyyatına tələbi artırdığını qeyd ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью