Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp ölkədə benzin qiymətlərinin aşağı düşməməsi ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.
Redaktor.az xəbər verir ki, Amerika lideri bu haqda "Truth Social" şəbəkəsində yazıb.
Prezident açıqlamada qlobal neft qiymətlərinin kəskin ucuzlaşmasına baxmayaraq, böyük neft şirkətlərinin yanacaq qiymətlərini lazımi sürətlə endirmədiyini bildirib.
Trampın sözlərinə görə, bu vəziyyət istehlakçıların zərərinə işləyir. O qeyd edib ki, neft qiymətləri sürətlə aşağı düşdüyü halda, benzin qiymətlərində eyni tendensiya müşahidə olunmur.
ABŞ lideri məsələ ilə bağlı Ədliyyə Nazirliyinə dərhal araşdırma aparılması tapşırığını verdiyini və benzin qiymətlərinin daha sürətlə ucuzlaşmalı olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI