525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Nebraska ştatının Omaha şəhərində yanacaqdoldurma məntəqəsində atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışmada bir şübhəli ölüb, üç polis əməkdaşı yaralanıb.
Polis rəisi Todd Şmaderer bildirib ki, atışma təqib edilən şübhəlinin polisə atəş açması ilə başlayıb.
Yaralı polislər xəstəxanaya çatdırılıb və onların həyati təhlükəsi yoxdur.
Omaha Polis İdarəsi hücumla bağlı araşdırmalara başlayıb.
İbrahim Cəfərov