ABŞ də Yaxın Şərqdə sülh üçün əsas şərti açıqladılar

13.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün "uzun yol" keçmək lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem NBC telekanalının efirində bildirib.

"Siz Livandakı "Hizbullah" və Yəməndəki husilərlə məsələni həll etməyincə, Yaxın Şərqdə heç vaxt sülh olmayacaq, çünki onlar İranın proksi qüvvələridir", - deyə Qrem bəyan edib.

Eyni zamanda, o, İsrail və HƏMAS arasında sülh sazişini alqışlayıb. Senator bunun davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью