ABŞ də yeni seçki Ukrayna məsələsində Trampın fikrini dəyişə bilər ŞƏRH | Icma.az
Icma.az bildirir, Moderator.az portalına istinadən. "Hazırda Rusiya-Ukrayna müharibəsində vəziyyət kifayət qədər ciddidir.
Bildiyiniz kimi, sülhlə bağlı 28 maddəlik bir təklifin olduğu deyilirdi.
Hətta bu təklifin ABŞ yox, Rusiya tərəfindən də irəli sürüldüyü iddia edilirdi.
Bəzi ekspertlərin fikrincə, bu sənəd Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Trampın Rusiya-Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən hazırlanıb.
Hazırda isə təxminən, 19 bəndlik konkret təklif qalıb və bu təkliflər, əsasən, dörd blok üzrə bölünüb.
Bunlar Ukraynanın və Avropanın təhlükəsizliyi, Rusiya tərəfindən zəbt olunmuş ərazilərin Ukraynanın müəyyən formada razılığı ilə beynəlxalq səviyyədə tanınması, Avropanın təhlükəsizlik mexanizmlərinin yenidən qurulması və Rusiyanın Avropa banklarında və təşkilatlarında dondurulmuş, təxminən, 300 milyard dollarının Ukraynaya verilməsi məsələsidir".
Moderator.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında politoloq, sabiq deputat Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, bir tərəfdə Avropa və Ukrayna, digər tərəfdə isə ABŞ dayanır və Vaşinqton bu gün artıq Brüsselin təhlükəsizlik modelindən uzaqlaşmağa başlayıb: "Tramp bir neçə gün əvvəl ABŞ-nin yeni milli təhlükəsizlik doktrinasını açıqladı.
Tam oxu
Xəbəri oxu