Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ-də naməlum uçan obyektlərlə (UNO) bağlı müzakirələr yenidən gündəmə gəlib.
Azpost.info bildirir ki, sosial şəbəkələrdə yayılan yeni videoda gecə səmasında yüksək sürətlə və tam səssiz hərəkət edən işıq saçan obyekt görünür. Hadisənin ABŞ-ın Nevada ştatında qeydə alındığı bildirilir.
Videonu paylaşan şəxslər obyektin adi dron və ya təyyarəyə bənzəmədiyini iddia edirlər. Bəzi istifadəçilər bunun hərbi texnologiya ola biləcəyini düşünür, digərləri isə yadplanetli versiyasını müzakirə edir.
Məsələ ilə bağlı bir neçə keçmiş ABŞ hərbi eksperti də açıqlama verib. Onların sözlərinə görə, son illərdə UNO müşahidələri ilə bağlı hesabatların sayı artıb və bəzi hallarda obyektlərin hərəkət trayektoriyasını izah etmək çətin olur.
Xatırladaq ki, son illərdə ABŞ Konqresində UNO məsələsi ilə bağlı dinləmələr keçirilib və Pentaqon bəzi videoların həqiqiliyini təsdiqləyib. Bununla belə, obyektlərin mənşəyi barədə rəsmi nəticə açıqlanmayıb.
Paylaş