ABŞ də yük təyyarəsi qəzaya uğrayıb: 5 nəfər ölüb

07.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Amazon Prime Air”ə məxsus “Boeing 767-300” tipli yük təyyarəsi ABŞ-ın Florida ştatında qəzaya uğrayıb.

XQ xəbər verir ki, hadisə təyyarənin Mayami Beynəlxalq Hava Limanına enişi zamanı baş verib. Puerto-Rikonun San-Xuan şəhərindən yola düşən təyyarə uçuş-enmə zolağından çıxaraq bir neçə avtomobilə çırpılıb.

Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava bildirib ki, qəza nəticəsində azı 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Təyyarə “Amazon Air” üçün “21 Air” şirkəti tərəfindən istismar olunub.

Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Nəqliyyatda Milli Təhlükəsizlik Şurası (NTSB) araşdırma aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью