ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. ABŞ-nin Miçiqan ştatında 100-dən çox avtomobil zəncirvarı qəzaya uğrayıb.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
Aralarında azı 30 yük maşınının da olduğu avtomobillər bir-birinə çırpılıb və yoldan kənara çıxıb. Hadisə güclü qar səbəbindən baş verib.
Yerli polis qəzada çox sayda insanın xəsarət aldığını, lakin həlak olanların olmadığını bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu