ABŞ dəhşətli yanğını niyə söndürə bilmir?

24.06.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin Los-Anceles şəhərində yerləşən soyudulmuş ərzaq anbarında baş verən yanğın təxminən bir həftədir ki, davam edir.

"Cebheinfo.az" xəbər verir ki, “ABC News”-un məlumatına görə, Los-Anceles Yanğınsöndürmə İdarəsi (LAFD) bildirib ki, Boyle Heights bölgəsindəki anbar kompleksində bir həftə əvvəl başlayan yanğın hələ də tam nəzarət altına alınmayıb.

LAFD-nin rəhbəri Jaime More qeyd edib ki, obyektin memarlıq quruluşu və soyuducu anbar rəf sistemləri səbəbindən yanğına yalnız binanın xaricindən müdaxilə etmək mümkündür.

Morenin sözlərinə görə, çökmüş dam yüksək rəf konstruksiyalarının üzərinə oturduğundan yanğınsöndürənlər üçün son dərəcə təhlükəli vəziyyət yaranıb. Anbarda təxminən 38,5 milyon kiloqram dondurulmuş ərzaq məhsulunun saxlanıldığı bildirilir.

Yanğın başladıqdan sonra ərazidə yaşayan sakinlərə evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib. Anbarı idarə edən "Lineage Logistics" şirkəti isə açıqlamasında yanğının obyektin damında quraşdırılmış günəş enerjisi sistemində üçüncü tərəf podratçılar tərəfindən aparılan sınaq işləri zamanı başladığını bildirib.

Səlahiyyətli şəxslər yanğın nəticəsində yaranan sıx tüstünün Los-Ancelesin şərq hissəsində, Boyle Heights və San Qabriel vadisində havanın keyfiyyətinə mənfi təsir göstərdiyini vurğulayıblar.

Bəzi ərazilərdə hava keyfiyyəti indeksi sağlamlıq üçün zərərli səviyyələrə yüksəlib.Xatırladaq ki, Kaliforniya ştatının qubernatoru Gavin Nevsom iyunun 21-də Los-Ancelesdəki soyudulmuş ərzaq anbarında davam edən yanğınla mübarizə tədbirlərini sürətləndirmək məqsədilə fövqəladə vəziyyət elan edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью