ABŞ dəki aviaqəzanın videosunu sızdıran iki nəfər saxlanıldı | Icma.az
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Vaşinqtonun Aeroportlar İdarəsinin (MWAA) iki əməkdaşı Potomak çayı üzərində baş vermiş avi
Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilir ki, müşahidə kameralarından əldə edilən videoyazıda təyyarənin helikopterlə toqquşması əks olunur.
MWAA əməkdaşlarına qarşı icazə olmadan videoyazıların surətini çıxarmaq ittihamı irəli sürülüb.
Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinin hərbi helikopterlə toqquşmuş təyyarəsinin göyərtəsində 60-dan çox adam olub.
Qəza nəticəsində təyyarə bir neçə hissəyə parçalanıb, qalıqları isə Potomak çayının 1,5-2,5 metr dərinliyinə düşüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu