ABŞ dəki təyyarə qəzasının səbəbi bu tarixdə açıqlanacaq

31.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mütəxəssislərə Vaşinqtonda təyyarə ilə vertolyotun toqquşmasının dəqiq səbəbini müəyyən etmək üçün ən azı bir il vaxt lazım olacaq".
Teleqraf.com "ABC News" istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) üzvü Todd İnman bildirib.
"Biz ilkin hesabatın 30 gün ərzində açıqlanacağını gözləyirik, lakin bu kimi böyük insidentin qəti səbəbini müəyyən etmək üçün bir il, hətta daha çox vaxt lazımdır", - ABŞ Təhlükəsizlik Şurasının sözçüsü izah edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью